Tapşırıqlar
 

Hörmətli ziyarətçi, saytımıza xoş gəlmisiniz!

Tədris ilinin əvvəlində şagirdlər kimyadan nəzəri məlumatları çox həvəslə mənimsəməyə başlayırlar. Sonrakı dövrlərdə bəzi cansıxıcı nəzəri məlumatlar, çətin məsələ həlli bəzi şagirdlərdə bu həvəsi azaldır. Bu problemin həllində təqdim etdiyimiz vəsaitdən istifadənin rolu çox böyükdür.

Siz vəsaitdən istifadə etməklə maddə miqdarı, kütlə, həcm, havaya və hidrogenə görə nisbi sıxlıq, molekul və atom sayları arasındakı miqdarı asılılığı, məhsullara aid müxtəlif tip məsəlləri həll etməyi energetik səviyyələr üzrə elektronların yerləşməsini və atomun tam elektron formulunu yazmağı öyrənəcəksiniz. Son üç bölmədə siz öz biliklərinizi də yoxlaya bilərsiniz.

Məhlullara aid olan məsəllər sistem tərəfindən müəyyən şərtlər daxilində avtomatik olaraq seçilir. Müəllimlər bütün bölmələrdən istifadə edərək həm yazılı, həm də kompyuter vasitəsilə apara bilər.

Təqdim olunan resursda kimyadan müxtəlif təcrübələr, cədvəllər və şəkillər verilmişdir. Bundan başqa "Əyləncəli kimya" bölümündə kimya fənnini yaxşı mənimsəməyə yardım edən oyunlar yerləşdirilmişdir. "Dərs vəsaitləri" bölümündə isə dərs materialları və prakriki tətbiq üçün iş dəftərləri yerləşdirilmişdir. Kimya haqqında maraqlı məlumatları öyrənmək istəyənlər üçün "Maraqlı məlumatlar" bölümündən yenilənən məlumatları oxuya bilərlər.